Qidalanma
Qurani-kərimdə 3 dəfə adı çəkilən möcüzəvi meyvə:
Qidalanma
1186

Qurani-kərimdə 3 dəfə adı çəkilən möcüzəvi meyvə: Faydaları inanılmazdır…

Güclü bir antioksidant qaynağı olan bir meyvə var və o, tək ölümə çarə deyil. Uzun və sağlam ömrün açarı olan Anadolunun qədim meyvəsinin adı Qurani-Kərimdə üç dəfə keçir.

E-saglam.az bildirir ki, həmin meyvə nardır.

15-dən çox çeşidi və güclü antioksidant qaynağı olan narın faydalarını öyrəndikdən sonra onu bol-bol istehlak edəcəksiniz. Çünki nar uzun və sağlam ömür sürmək istəyənlərin vazkeçilməz meyvəsidir. 

Bir stəkan nar suyundakı antioksidan miqdarı on stəkan yaşıl çay və ya portağal suyundakı antioksidanla eynidir. Elmi araşdırmalarla tərkibində 124 müxtəlif növ fitokimyəvi maddələrin olduğu üzə çıxan nar zülal, karbohidrat, kalsium, fosfor və dəmir kimi maddələrlə yanaşı, B1, B2 və C vitaminləri ilə də zəngindir. Meyvənin çəkisinin yarısını təşkil edən qabıq hissəsində meyvəyə antimutagen, antioksidant və antibakterial xüsusiyyətlər verən maddələr var. Onu da qeyd edək ki, narın tərkibindəki omeqa 5 ürək və ruh sağlamlığı üçün əhəmiyyətli antioksidantdır. Sağlam həyatın sirri olan və uzun ömür üçün zəruridir.

Toxumunun yağı ilə bir növ gənclik iksiri rolunu oynayır. Orta yaşlarda qocalmanı gecikdirməkdə əhəmiyyətli təsirlərə malikdir. Nar çəyirdəyi yağıdan qırışları yox edən, dərini bərpa edən və ölü hüceyrələri çıxaran kosmetik məhsullar da hazırlanır. (Yenisabah.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun