Orucu pozan əsas amillər yemək-içməkdir, bunları hamımız bilirik. Orucu batil edən digər səbəbləri isə əksəriyyət insan bilmir və bəzi suallar yaranır. Həmin suallardan biri də “Qrip olan şəxs oruc tuta bilərmi?” məsələsi ətrafındadır.
E-saglam.az-ın məlumatına görə, ilahiyyatçı Hacı Şahin mövzu ilə bağlı Modern.az-a danışıb:
“Ümumiyyətlə, elə bir dini hökm var ki, əgər oruc tutmaq insanın səhhətinə zərbə vurub xəstəliyinin inkişaf etməsinə səbəb olursa, o zaman oruc tutmaq olmaz.
Əgər oruc olduğu zaman xəstəlik dözülməz həddə gəlib çıxıbsa, həmin şəxs orucu pozmalıdır. Həmin günün əvəzinə isə 1 gün qəza orucu tutmaq lazımdır.
Əgər xəstəliyə dözmək mümkündürsə, axşam müalicələri edib, gündüz oruc olmaq olar. Ancaq soyuqdəymə də olsa doğrudan da müalicəyə ehtiyac varsa, ona narahatlıq yaradırsa, orucu poza bilər”.