Xəbərlər
Qorxunc əlamət: Meksika çimərliyində
Xəbərlər
427

Qorxunc əlamət: Meksika çimərliyində "Qiyamət günü balığı" tapıldı

Meksikada sahildə fəlakət xəbərçisi hesab edilən siyənək kralı tapılıb.

E-saglam.az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, xalq arasında "Qiyamət günü balığı" kimi tanınan dərin su məxluqu kurort şəhəri Cabo San Lukasdakı ictimai çimərlikdə sörfçülər tərəfindən tapılıb.

Gənclər balığın quyruğunun bir hissəsi olmasa da, hələ də canlı olduğunu aşkar ediblər. Ehtimal olunur ki, siyənək kralı başqa bir dəniz yırtıcısı ilə döyüşdə zərər görüb. Sörfçülər balığı yenidən dənizə qaytarıblar.

Siyənək kralı dünya okeanının ən sirli balıqlarından biridir. 900 metrdən dərinlikdə yaşayan bu ilanabənzər varlıq 11 metr uzunluğa çata bilər.

Tarixçilər və alimlər qeyd edirlər ki, siyənək kralının su səthində görünməsi tez-tez böyük təbii fəlakətlərlə üst-üstə düşüb. Meksikalılar bu balıq çıxanda sunami təhlükəsinin yaxın olduğunu bildiriblər. 2011-ci ildə Yaponiyadakı dağıdıcı zəlzələdən əvvəl də bu balıq ölkənin sahillərində tapılmışdı.

Lakin "Qiyamət günü balığı" ilə fəlakətlər arasında birbaşa əlaqə hələ elmi cəhətdən sübut edilməyib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun