Xəbərlər
“Qobu Park”da azyaşlını itlər parçalayıb: “Vəziyyəti ağırdır”
Xəbərlər
304

“Qobu Park”da azyaşlını itlər parçalayıb: “Vəziyyəti ağırdır” - RƏSMİ AÇIQLAMA + VİDEO

Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir. 

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”.

11:00

Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:

“Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz it 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:06

Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.

Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.

“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub. 

Videonu təqdim edirik:

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun