Ən sağlam tərəvəzlərdən biri olan ənginarın faydalarını sizinlə paylaşırıq.
E-saglam.az xəbər verir ki, ənginar az yağlıdır və lif, vitamin, mineral və antioksidantlarla zəngindir. Xüsusilə C və K vitaminləri və folat baxımından yüksəkdir və həmçinin maqnezium, kalium, fosfor və dəmir kimi vacib mineralları ehtiva edir. Bir orta ölçülü ənginarda orta hesabla 7 qram lif var. Bu, tövsiyə olunan gündəlik qəbulun 23-28%-ni təşkil edir.
Ənginarın orqanizmə faydaları aşağıdakılardır.
- Həzmi gücləndirir.
- Xolesterolu aşağı salır.
- Qan hüceyrələrini gücləndirir.
- Qaraciyəri təmizləyir.
- Sizi arıqlamağa vadar edir.
- Xərçəng riskini azalda bilər.
- Bağırsaq simptomlarına yaxşı gəlir.
Könül Oruc