Tibbi xəbərlər
Qalxanabənzər vəzi xəstələri Ramazanda oruc tutarkən
Tibbi xəbərlər
430

Qalxanabənzər vəzi xəstələri Ramazanda oruc tutarkən nələrə diqqət etməlidir?

Ramazan ayında oruc tutmaq qalxanabənzər vəzi xəstələri üçün bəzi çətinliklər yarada bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Dr. Sibel Temiz dərman istifadəsi və qidalanma qaydalarına diqqət yetirməyin vacibliyini vurğulayır.

Tiroid xəstəlikləri və oruc

Tiroid xəstəlikləri hormon balanssızlığına səbəb ola bilər. Qalxanabənzər vəzin hormon istehsalına təsir etməyən düyünlər oruca mane olmur. Lakin hipotireoz və hipertiroidi xəstələri müalicə və nəzarət altında oruc tutmalıdırlar.

Dərman istifadəsi

Hipotireoz: Levotiroksin tərkibli dərmanlar imsakdan 30 dəqiqə əvvəl acqarına qəbul edilməlidir. İmsak zamanı mədə qoruyucu dərmanlar və mineral əlavələrdən çəkinmək lazımdır.

Hipertiroidi: Antitiroid dərmanlar imsak və iftarda yeməklə birlikdə qəbul edilə bilər. Dərman rejimini dəyişməmək vacibdir.

Qidalanma qaydaları

Qalxanabənzər vəzi xəstələri balanslı qidalanmalı və kifayət qədər su içməlidirlər. Dr. Temiz iftarla sahur arasında 2-2,5 litr su içməyi tövsiyə edir. Xüsusilə hipotireoz xəstələri qəbizliyin qarşısını almaq üçün meyvə və tərəvəz istehlak etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun