Faydalı
Professordan kritik xəbərdarlıq: Bu içkidən
Faydalı
4767

Professordan kritik xəbərdarlıq: Bu içkidən uzaq durun, öldürür!

Sağlam həyat üçün gündəlik istifadə etdiyimiz qida və içkiləri diqqətlə seçmək lazımdır. Xüsusilə gənclər arasında çox sevilən bir içkinin zərərlərinə diqqət çəkən türkiyəli professor Canan Karatay bu içkinin immunitet sistemi və ürək sağlamlığı üçün ciddi təhlükələr yarada biləcəyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, Karatay "Enerji içkiləri insan sağlamlığı üçün tam bir zəhərdir" deyərək diqqətçəkən xəbərdarlıq edib. 

Canan Karatay bunun bağırsaq sağlamlığını alt-üst etdiyini açıqlayıb:

"Enerji içkiləri insan sağlamlığı üçün tam zəhərdir. Bütün enerji içkilərinin tərkibində çoxlu miqdarda qarğıdalı siropu şəkəri var. Üstəlik, başqa kimyəvi maddələr də qatılır. Bunlar immunitet sistemini məhv edir, bağırsaq nizamını və beyin funksiyalarını pozur. Qısa müddətli enerji verirlər, sonra isə insan hədsiz  yorğun olur. Bir neçə saatlıq verdiyi saxta, müvəqqəti xoşbəxtlik və enerji insanda asılılıq yaradır. Bu içkilərin ürəyə ciddi ziyanı var. Qaraciyərin də daha tez yağlanmasına səbəb olur. Alkoqoldan daha çox sinir sisteminə zərər verir. Həzm sistemini pozur. Orqanizm müqavimətini sıfıra endirir və bundan sonra hər cür xəstəliklərin baş qaldırması qacınılmaz olur”.

Bundan başqa enerji içkilərinin həddindən artıq istifadəsi kofein zəhərlənməsinə səbəb ola bilər. 

Tərkibindəki yüksək kofein səbəbindən asılılığa səbəb ola bilər və orqanizmin tarazlığını poza bilər.

Tərkibində həddindən artıq şəkər olduğu üçün bədənin su itirməsinə səbəb ola bilər.

Hamiləliyin ilk aylarında içilən enerji içkiləri həddindən artıq kofein qəbulu səbəbi ilə uşağın düşməyinə belə səbəb olur.

Mənbə: Yenisabah.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun