Gözəllik-dəb
Plastik cərrah: “Alla Puqaçova bütün bədən nahiyələrində
Gözəllik-dəb
2175

Plastik cərrah: “Alla Puqaçova bütün bədən nahiyələrində bir dəfədən çox əməliyyat keçirib”

“Puqaçova bütün bədən nahiyələrində bir dəfədən çox əməliyyat keçirib”.

E-saglam.az xəbər verir ki, bunu Rusiyalı plastik cərrah İvan Volodçenkov müğənni Alla Puqaçovanın uğursuz əməliyyatından danışarkən bildirib.

Ekspert qeyd edib ki, 74 yaşlı sənətçi üzünün cavanlaşması sayəsində yaşına görə kifayət qədər yaxşı görünür. O hesab edir ki, müğənninin son dəfə üzündə dartılma proseduru uğursuz olub.

“Sonuncu üzün dartılması proseduru zamanı ya üz sinirinin yanaq budaqları zədələnib, ya da üz sinirinin yanaq budaqlarında artıq atrofik dəyişikliklər başlayıb ki, bu da əzələlərin işini ləngidir və ya tamamilə pozur”, - Volodçenkov bildirib.

Mütəxəssis onu da qeyd edib ki, Puqaçovanın bu yaxınlarda çəkdiyi fotoşəkildə aşağı çənənin xətti müxtəlif səviyyələrdədir. Bundan əlavə, cərrah məşhurun ​​qulağının deformasiyaya uğradığını iddia edir. Onun sözlərinə görə, bu, sənətçinin ən azı 3 dəfə üzünü dartdırdığından xəbər verir. Volodçenkov məşhurun ​​iki və ya üç dairəvi blefaroplastika keçirtdiyini də təxmin edib.

Mənbə: kp.ru / Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun