Tibbi xəbərlər
Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib
Tibbi xəbərlər
181

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.

E-saglam.az xəbər verir ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər iştirak ediblər.

Müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb.

Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub. // Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun