Tibbi xəbərlər
Ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var - RƏSMİ
Tibbi xəbərlər
139

Ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var - RƏSMİ

“Hazırda ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var”.

E-saglam.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, onlardan 11-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edir:

“Digərləri isə regionlarda yerləşir. Ehtiyac olduğu halda ölkə üzrə 40 xəstəxana fəaliyyət göstərirdi”.

Y.Qarayeva qeyd edib ki, avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idi:

“Dünənki rəqəmlərə görə isə bu rəqəm 2458-i keçib. Bütün qaydaların riayət olunmasına diqqət etməliyik. Ehtiyat tibb müəssisələrinin olması bizi rahatlaşdırmamalıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun