Tibbi xəbərlər
Nəzarət olunmayan təzyiq aortanın yırtılmasına səbəb ola bilər -
Tibbi xəbərlər
250

Nəzarət olunmayan təzyiq aortanın yırtılmasına səbəb ola bilər - Mütəxəssislərdən xəbərdarlıq

Ankara Bilkent Şəhər Xəstəxanası Ürək-Damar Xəstəxanasının Baş Həkimi Prof. Dr. Mehmet Əli Özatik, aorta yırtılmasının ən böyük səbəbinin nəzarətsiz qan təzyiqi olduğunu vurğulayıb. Özatik, "Xəstələrimizə müəyyən yaşlarda və müəyyən aralıqlarla xəstəxanaya müraciət etmələrini və müayinədən keçmələrini tövsiyə edirik", – deyə qeyd edib.

E-saglam.az xəbər veriri ki, Prof. Dr. Özatik, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyası İstanbul Millət Vəkili Sırrı Süreyya Öndərin yaşadığı xəstəliklə gündəmə gələn aorta yırtığı haqqında açıqlamasında, ürək-damar cərrahiyyəsinin ən təcili vəziyyətinin aortanın kəsilməsi olduğunu bildirib.

Özatik, aortanı "ana su şəbəkəsi" olaraq təsvir edərək, "Aorta, ürəkdən çıxan və bədəni qidalandıran əsas damar olaraq, əvvəlcə beyin bölgəsini, qolları, sonra bədənin digər orqanlarını – ağciyərləri, qarın damarlarını, qaraciyəri, bağırsaqları və ən sonda ayaq bölgəsini qanla təmin edir. Onun diametri təxminən 3-5 santimetr arasında dəyişir və boru şəklində olan bu damar üç təbəqədən ibarətdir", – deyə izah edib.

Aorta yırtıldığında damarın qəfil partlaya biləcəyini və bu halda xəstənin həyatını itirə biləcəyini bildirən Özatik, xəstələrin ciddi bel və döş qəfəsi ağrılarından şikayət edə biləcəyini əlavə edib. O, aorta yırtığında arteriyada partlama baş verməsə belə, həmin damardan qidalanan orqanlarda qan dövranı pozulmasının baş verə biləcəyini qeyd edib. Məsələn, beyni qidalandıran damarlarda cırılma nəticəsində insult, qol damarlarında tıxanma, qaraciyər və bağırsaqlarda qan dövranı pozulması və ayaqlarda qan dövranı çətinlikləri yarana bilər.

Aorta yırtığı ilə infarkt arasında ağrıların qarışa biləcəyini bildirən Özatik, "İnfarkt zamanı döş qəfəsində ağrılar olsa da, bu ağrılar adətən istirahət və oksigenlə keçə bilər. Lakin aorta yırtılmasında ağrı nə qədər müdaxilə etsəniz də, keçməyəcək. Bu klinik vəziyyəti dəstəkləyən ən vacib göstərici isə xəstənin qan təzyiqinin ciddi şəkildə yüksəlməsidir", – deyə açıqlama verib. O, aortanın ürəyə qan verən tac damarları ilə birbaşa əlaqəli olduğunu və bu qopmaların ürəyin də qan təchizatını poza biləcəyini əlavə edib.

"Aorta əməliyyatları uzun və mürəkkəb proseslərdir"  
Özatik, aorta yırtığı əməliyyatlarının ən azı 10 nəfərdən ibarət komandalar tələb edən uzun müddətli əməliyyatlar olduğunu vurğulayıb: "Bəzən yalnız aorta nahiyəsini dəyişdirmək kifayət etmir. Beyin damarlarına gedən hissədə problem varsa, o hissəni də dəyişdirmək lazım gəlir. Döş boşluğuna gedən hissə üçün əməliyyatın şiddətinə görə müddət dəyişə bilər. Rutin əməliyyatlarımız ən azı 10 nəfərlik komanda ilə aparılır."

Ən əsas səbəb, Özatikin dediyinə görə, nəzarətsiz qan təzyiqidir. O, xəstələrinə "Belirli yaşlarda və aralıqlarla müayinə olunmağı tövsiyə edirik", – deyə qeyd edib. Nəzarətsiz təzyiqin artması, aortanın içindəki təzyiqi yüksəldir və nəticədə bu damar, qəfil partlaya bilər. "Hər zaman təzyiqi yüksək olan bir xəstədə aorta yırtığı olmayacaq, amma təzyiqin qəfil artması, bu damarların həmin təzyiqə dözə bilməməsinə və nəticədə yırtılmaya səbəb ola bilər", – deyə açıqlama verib.

Ən yaxşısı, hər zaman  sağlamlıq mərkəzinə müraciət etməkdir.

Zəhra Niftiyeva

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun