Qidalanma
Nə üçün qışda hər gün 2-3 feyxoa yeyilməlidir? - Mütəxəssis açıqlayır
Qidalanma
220

Nə üçün qışda hər gün 2-3 feyxoa yeyilməlidir? - Mütəxəssis açıqlayır

Feyxoa yodla olduqca zəngindir. Bu meyvədə olan yodun miqdarı demək olar ki, dəniz məhsullarındakı kimidir. Bunu rusiyalı həkim-diyetoloq Yuliya Çexonina bildirib.

E-saglam.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, yodun sayəsində güclü iltihabəleyhinə təsirə malik olan feyxoa qış aylarında xüsusilə faydalıdır.

Yoddan əlavə feyxoa C vitamini, fitonsidlər, lif və pektinlərlə zəngindir.

C vitamini soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanı tezləşdirir, fitonsidlər isə virus və infeksiyalarla aktiv şəkildə mübarizə edir.

Lif və pektinlər bağırsaq mikroflorasına çox müsbət təsir edir, onu zənginləşdirir. Normal bağırsaq mikroflorası immun sisteminin yaxşı fəaliyyəti üçün ən vacib olan amillərdən biridir.

Çexonina bildirib ki, qış aylarına xəstəliklərdən qorunmaq üçün hər gün 2-3 feyxoa meyvəsini yemək lazımdır. Mütəxəssis feyxoanı qabığı ilə birkildə yeməyi tövsiyə edir ki, lif və pektinlərin miqdarı məhz qabıqlarda çoxdur. (Saglamolun.az)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun