“Koronavirusun Omicron ştamından qorunmaq üçün parça maskalar praktiki olaraq yararsızdır”.
E-saglam.az xəbər verir ki, bu fikri Corc Vaşinqton Universitetinin Səhiyyə Siyasəti və İdarəetmə üzrə professoru Liana Ven bildirib.
Mütəxəssisin sözlərinə görə, parça maskaları bəzəkdən başqa bir şey deyil: “N95 sinfinə aid maskalar və respiratorlardan istifadə etməyi məsləhət görürəm, çünki belə qoruyucu vasitələr kiçik hissəciklərin orqanizmə daxil olmasının qarşısını daha yaxşı alır”. /APA/