Xəstəliklər
Məşhur aktyoru öldürən apendiks xərçənginin
Xəstəliklər
568

Məşhur aktyoru öldürən apendiks xərçənginin 6 az bilinən əlaməti

Məşhur aktyor Adan Kanto 42 yaşında appendiks xərçəngindən vəfat edib. Qeyri-müəyyən simptomlara görə xəstəlik tez-tez səhv diaqnoz edilə bilər. Həkimlər aktyor Adan Kantonun qəfil ölümündən sonra asanlıqla gözdən qaçan "appendiks xərçəngi" əlamətləri barədə xəbərdarlıq ediblər. Latın aktyoru xəstəliyin nadir, lakin sürətlə yayılan forması ilə mübarizə apardıqdan sonra 42 yaşında vəfat edib.

E-saglam.az xəbər verir ki, appendiks xərçəngi nadirdir, ABŞ-da hər il mindən az xəstə diaqnoz qoyulur. Bu rəqəm milyonda bir ilə üç nəfər arasındadır. Lakin araşdırmalar göstərir ki, son iyirmi ildə 50 yaşdan aşağı insanlar arasında insident 200 faizdən çox artaraq bu xəstəlik daha çox yayılır.

Nadir olması ilə yanaşı, appendiks xərçənginin diaqnozunun çətin olmasının əsas səbəbi onun simptomlarını yüngül xəstəliklərlə qarışdıraraq asanlıqla gözdən qaçırılmasıdır.

Bu, xəstəliyin müalicəsinin daha çətin olduğu gec mərhələlərdə diaqnoz qoyulma riskini artırır. Appendiks xərçənginin ümumi simptomlarına aşağıdakılar daxildir:

1. Appendisit

Apendiksin iltihabı qarının aşağı sağ hissəsində şiddətli ağrılara səbəb olur. Müalicə olunmazsa, appendiks partlaya və xərçəng yayıla bilər.

2. Qarında maye yığılması

Xərçəngin yayılması qarın boşluğunda maye toplanmasına (assit) səbəb olur və bu da qarının şişməsi ilə nəticələnir.

3. Şişkinlik

Qaz toplanması qarında dolğunluq hissi yaradır. Bu simptom digər xəstəliklərlə qarışdırıla bilər, buna görə də diqqət yetirmək vacibdir.

4. Bağırsaq dəyişiklikləri

Xərçəng bağırsaqlarda tıxanma yaradaraq qəbizlik, ishal və nəcisin tutarlılığında dəyişikliklərə səbəb ola bilər.

5. Sonsuzluq

Xərçəng hormon istehsalını pozaraq reproduktiv orqanlara təsir edə və sonsuzluğa səbəb ola bilər.

6. Qarın ağrısı

Sinə və qasıq arasında, xüsusilə mədə nahiyəsində ağrılar yarana bilər. Bu simptom qəbizlik və həzm problemləri ilə səhv salına bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun