Sağlamlıq
Maye sabunlarda görünməz təhlükə:
Sağlamlıq
381

Maye sabunlarda görünməz təhlükə: İçərisində 3 zərərli maddə aşkar edilib

İstifadə rahatlığı və xoş qoxusu ilə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən maye sabunlar yenidən təhlükə siqnalı verib.

E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, bu məhsulların tərkibində insan sağlamlığı və ətraf mühit üçün zərərli olan üç əsas maddə — mikroplastiklər, sintetik konservantlar və kimyəvi qatqılar aşkarlanıb.

Bu maddələr xüsusilə həssas dəri üçün risk yaradır. Quruluq, qıcıqlanma və allergik reaksiyalar ən çox rast gəlinən problemlərdir. Dərinin təbii pH səviyyəsini poza biləcək tərkibli sabunlar dəri baryerini zəiflədir və onu xarici təsirlərə qarşı müdafiəsiz buraxır.

SLS və SLES kimi maddələr sabunun köpürməsini təmin etsə də, dərinin təbii yağ balansını poza bilər. Triklosan, paraben, ftalat və sintetik ətirlər isə həm də hormonal tarazlığa mənfi təsir göstərməklə uzunmüddətli risklər yaradır.

Nasoslu şüşələr də təhlükə mənbəyidir. Onlar vaxtında təmizlənmədikdə bakteriyaların çoxalması üçün şərait yaradır və məhsulun özü gigiyena əvəzinə zərər verə bilər.

Bu səbəblə mütəxəssislər daha təbii tərkibli, bərk sabunlara üstünlük verilməsini tövsiyə edirlər. Onlar yalnız dəri üçün deyil, həm də ətraf mühit üçün daha təhlükəsiz sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun