Tibbi xəbərlər
L'Oreal markasının bu kremlərində xərçəng təhlükəsi
Tibbi xəbərlər
167

L'Oreal markasının bu kremlərində xərçəng təhlükəsi aşkarlandı

Fransanın L'Oreal kosmetika şirkəti sızanaqların müalicəsi üçün nəzərdə tutulmuş "Effaclar Duo" kreminin bütün partiyalarını Amerika bazarından geri çağırır.

E-saglam.az xəbər verir ki, problemin şirkətin məhsullarında xərçəng xəstəliyinə tutulma riski ilə əlaqəli olan benzolun tərkibi ilə bağlı olduğu vurğulanır.

"L'Oreal ABŞ-da Effaclar Duo sızanaqları müalicə edən kremlərin hamısını geri çağırır, çünki kremlərin tərkibində benzol ola bilər. L'Oreal bildirib ki, məhsulun bir partiyasında benzol izləri aşkar edilib", - açıqlamada deyilir.

Krem L'Oreal-a məxsus "La Roche-Posay" brendi altında istehsal olunur. Antibakterial komponent olan benzoil peroksid parçalandıqda leykemiyaya səbəb ola bilən benzol əmələ gətirir.

Kremin geri çağırılması qərarı ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə birgə qəbul edilib. (Unikal)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun