Faydalı
Limon mürəbbəsi ilə soyuqdəymədən qorunun
Faydalı
339

Limon mürəbbəsi ilə soyuqdəymədən qorunun

Limonun faydalarını saymaqla bitməz. Ən çox da qışda immunitet gücləndirmək üçün limondan çox istifadə edilməsi məsləhət görülür.

E-saglam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C vitamini ilə zəngin olan bu meyvənin mürəbbəsi də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də, qış aylarında orqanizmimizin bu vitaminə ehtiyacı daha çox olur. Limondan hazırlanan mürəbbə immuniteti artırır, əhval ruhiyyəni yaxşılaşdırır.

Lazım olanlar:

4 ədəd limon

2 fincan şəkər tozu

1 fincan su

Hazırlanması:

Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.

Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.

Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır./axşam.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun