Göstərişə görə yerində istifadə edilən antibiotiklər həyat qurtaran dərmanlardır.
Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr, uzman Dr. Elnur Hüseynov deyib.
Onun sözlərinə görə, amma özbaşına antibiotik istifadəsi xəstəliyi sağaltmaq əvəzinə, sağlamlığımıza ciddi zərər verir: "Belə demək olar ki, bu gedişlə davam etsə bakteriyalar antibiotiklərə qarşı rezistentlik qazanacaq və infeksiyon xəstəliklərin müalicəsi çətinləşəcək".
Niyə özbaşına antibiotik istifadə etmək olmaz?
- Dozanın uyğun seçilməməsi,
- Antibiotikin xəstəliyə uyğun seçilməməsi,
- Əlavə təsirlər haqqinda məlumatın olmaması,
- Yanlış istifadə qaydası,
- Antibiotik kursunun düzgün seçilməməsi,
Bu amillər antibiotiklərdən alınacaq faydanı ən aza endirir. Əlavə təsirləri isə artırır.
Könül Oruc