Külək və qış ayları göz quruluğunu artırır.
E-saglam.az xəbər verir ki, Kaşkaloğlu Göz Xəstəxanasının baş həkimi Dos.Dr. Bilgehan Sezgin Asena, mövsüm dəyişiklikləri ilə yanaşı hava şəraitindən asılı olaraq gözlərdə quruluq və allergiyanın görünə biləcəyini söyləyib. O, qış aylarında külək və soyuq havanın orqanizmin hormon balansını dəyişərək göz quruluğunu artırdığını və bu vəziyyətdə əvəzedici terapiyanın tətbiq edildiyini bildirib.
Süni göz yaşları və damlalarının müalicəsi
Həkim, göz quruluğu səbəbiylə sancma, yanma, yorğunluq, ani sulanma kimi şikayətlərlə müraciət edən xəstələrə süni göz yaşı, gözyaşardıcı ritmini artıran damcı və gözyaşı kanallarının tıxanmasından ibarət müalicə tətbiq etdiklərini bildirib.
O qeyd edib ki, bədənlə əlaqəli faktorlar, ofis mühitində kompüter qarşısında uzun saatlar keçirmək, revmatik xəstəliklər, tiroid əsaslı dərmanlar və gənclərin istifadə etdiyi bəzi sızanaq dərmanları da quruluq səviyyəsini artırır.
Könül Oruc