Tibbi xəbərlər
Koronavirusun gözlənilməz yan təsiri aşkarladı:
Tibbi xəbərlər
314

Koronavirusun gözlənilməz yan təsiri aşkarladı: sağalanlar niyə tez-tez xəstələnir?

COVID-19-dan sonra tez-tez soyuqdəymə və uzunmüddətli öskürək halları müşahidə olunurmu?

E-saglam.az xəbər verir ki, Sent-Luis Universitetinin alimləri 800 mindən çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, koronavirusdan sağalanlarda digər infeksiyalara yoluxma riski 20-50% artır. Bu, təkcə ağır deyil, yüngül keçmiş hallara da aiddir.

Tədqiqat göstərir ki, xəstəliyin ardından immun sistem zəifləyir, selikli qişaların müdafiəsi azalır və orqanizm daha tez xəstələnir. Hətta “mülayim Covid” belə gələcəkdə ciddi nəticələrə səbəb ola bilər.

Tədqiqat göstərdi ki, koronavirusa yoluxduqdan sonra bir il ərzində sağalanlar daha çox bakterial infeksiyalar, göbələk infeksiyaları, tənəffüs xəstəlikləri və kəskin ağciyər problemləri ilə qarşılaşırlar.

Mütəxəssislər tövsiyə edir ki, sağaldıqdan sonra immunitetə diqqət yetirilsin və ən kiçik simptomlar belə laqeyd qalmasın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun