Tibbi xəbərlər
Koronavirusdan ölənlər arasında vaksinasiya olunan var? - AÇIQLAMA
Tibbi xəbərlər
238

Koronavirusdan ölənlər arasında vaksinasiya olunan var? - AÇIQLAMA

“Yoluxma sayının artması fonunda hazırda reanimasiyalarda müalicə alan ağır xəstələr və koronavirusdan ölənlər arasında vaksinasiya olunmuş şəxslər yoxdur”.

Trend xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

O, koronavirusdan ölən və hazırda reanimasiyada müalicə alan ağır xəstələrin hamısının vaksinasiya olunmamış şəxslər olduğunu bildirib:

“İnsanlar arasında belə bir söhbət yayılır ki, filankəs vaksin vurdurmuşdu, amma koronavirusa yoluxub. Biz də deyirik ki, heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksinasiya olunanlar arasında 5-10 faiz insan var ki, onlar koronavirusa yoluxa bilər. İndi bizdə geniş istifadə olunan “SinoVac” vaksininin cəmi iki əks-göstərişi kağızında qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur. Amma komissiyamız da bunu tam dəqiqliklə araşdırır və əsaslandırır ki, kimlər bu vaksini hansı səbəbə görə vura bilməz”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun