Uşaqlarda, xüsusən də 1 yaşdan aşağı və ya xroniki xəstəliyi olan uşaqlarda koronavirusun ağır fəsadlarının yaranma ehtimalı daha çoxdur.
E-saglam.az metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında pediatr Erkin Rəhimov deyib. O bildirib ki, bu fəsadlara nadir hallarda rast gəlinir:"Pandemiya başlayanda belə bir fikir var idi ki, uşaqlar koronavirusa ümumiyyətlə yoluxmur. Lakin sonra xəstəlik dünyada yayıldıqca uşaqlarda da bu xəstələyin olduğu görüldü. Düzdür, uşaqlar böyüklərdən fərqli olaraq daha yüngül keçirir. Amma bu o demək deyil ki, uşaqlar tamamilə bu xəstəlikdən qorunurlar. Belə bir şey yoxdur. Hətta nadir hallarda olsa da, uşaqlarda çox ağır fəsadlar müşahidə edilə bilər. Xüsusən də 1 yaş altı və ya hər hansı xroniki xəstəliyi olan uşaqlarda fəsadların görülmə ehtimalı daha yüksəkdir".
Pediatr onu da qeyd edib ki, uşaqlar daşıyıcı olduğu üçün onlar arasında sosial məsafə, əl təmizliyi və s. məsələlərə nəzarət edilməlidir.