ABŞ-ın Harvard Universitetində kolanın sağlamlıq üçün yaratdığı təhlükələr araşdırılıb.
E-saglam.az xəbər verir ki, araşdırma nəticəsində kolanın vaxtından əvvəl ölüm riskini artırdığı müəyyən olunub.
Alimlər 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 15 min 486 nəfərin məlumatlarını araşdıraraq, bu insanların qida vərdişlərini də müqayisə edib.
18,5 il ərzində qazlı və şəkərli içkilər qəbul edənləri tədqiq edən elm adamları, bu insanların 22 faizinin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və demək olar ki, yarısının bu müddət ərzində öldüyünü açıqlayıb.
Bildirilib ki, şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 29 faiz (5 dəfə), ürək-damar xəstəliyinə tutulma riski isə 25 faiz çoxdur.
Bu içkilərin əvəzinə kofe və ya çay içmək tövsiyə olunub. Gündə 6 fincana qədər qəhvə içənlərdə vaxtından əvvəl ölüm riskinin 26 faiz azaldığı qeyd edilib. Çay içənlərdə riskin 21, su içənlərdə isə 23 faiz azaldığı bildirilib. /BakuPost