Faydalı
Kofeni nə zaman içmək lazımdır?
Faydalı
453

Kofeni nə zaman içmək lazımdır?

Tibb elmləri namizədi, endokrinoloq Zuxra Pavlova kofe içmək üçün ən uyğun vaxtın nə zaman olduğunu açıqlayıb.

O, öz “Telegram” kanalında bu gümrahlandıran içkini bilinənin əksinə olaraq səhərlər içməyin doğru olmadığını qeyd edib. Belə ki, bu, yuxululuq və enerji itkisinə səbəb ola bilər.

Həkim vurğulayıb ki, səhərə kofe ilə başlamaq düzgün deyil. Onun fikrincə, insan səhərlər özünü yorğun hiss edirsə və bu yorğunluğu kofenin aradan götürə biləcəyinə inanırsa, ilk öncə bu halın hansı xəstəliklə bağlı ola biləcəyini müəyyən etmək lazımdır.

Məsələn, səhərlər tez-tez təkrarlanan yorğunluq halları, ekspertin fikrincə, gündəlik rejimin düzgün nizamlanmaması, xroniki yuxusuzluq və ya gecə həddindən artıq yemək yeyilməsi ilə bağlı ola bilər. Mütəxəssis xəbərdarlıq edib ki, əsas səbəbi müəyyənləşdirmək əvəzinə yuxudan oyandıqdan dərhal sonra kofe içmək endokrin və sinir sistemini çökdürə bilər.

Pavlova bədəni məşqlərlə və ya qısa bir gəzinti ilə canlandırmağı, ətirli kofeni isə günortadan sonra - bədənə əlavə enerji mənbəyi lazım olduqda içməyi tövsiyə edir. 

Mənbə: Lenta.ru / Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun