Soyuq fəsillərdə biz daha tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutuluruq.
Bunun əsas səbəbi bu fəsillərdə immun sisteminin zəifləməsidir.
Təbiət bizə immun sistemini möhkəmləndirmək üçün bir çox vasitələr bəxş edib.
E-saglam.az oxucularına bu vasitələrdən birini təqdim edir.
Şam ağacının iynəyarpaqları efir yağları, fitonsidlər, C vitamini ilə zəngindir. Bü maddələr immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyinə təsir edir.
Termosa 2 x.q. xırda doğranmış iynəyarpaqları (yol kənarlarında bitən ağaclardan yığmayın!) və üzərinə 2 stəkan isti su töküb axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla qəbul edin. Dəmləmənin dadını yaxşılaşdımaq üçün ona limon və bal əlavə edin. Hazır dəmləməni soyuducuda saxlayın.
Bu vasitə həmçinin damarları möhkəmləndirir, sakitləşdirir, baş ağrılarını azaldır. /Saglamolun.az