Kulinariya
İllərdir gül kələmini səhv bişirmişik!
Kulinariya
317

İllərdir gül kələmini səhv bişirmişik! Budur düzgün üsul

Gül kələmi sağlam və faydalı tərəvəz olsa da, çox zaman bişirilməsində səhvlərə yol verilir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər düzgün qaynatma üsulu ilə həm dadını qorumağın, həm də parçalanmasının qarşısını almağın mümkün olduğunu bildirirlər.

Əvvəlcə gül kələmini baş hissəsindən ayırıb çiçək formasında bıçaqla düzgün şəkildə doğrayın. Bu, bişirmə zamanı həm estetik görünüş, həm də bərabər bişmə təmin edir. Su qaynayan anda içərisinə bir neçə çimdik duz əlavə edin, sonra isə gül kələmini qazana qoyun. Bu üsul həm dadı artırır, həm də bişirmə prosesini sürətləndirir.

Qaynama zamanı gül kələmi çox bişməməlidir – dağılmadan bişməsi üçün sadəcə bir dəfə çevirmək kifayətdir. Bişib-bişmədiyini bıçaqla yoxlayın: çiçəklər asanlıqla ayrılırsa, artıq hazırdır.

Sonda haşlanmış gül kələmini daha ləzzətli etmək üçün üzərinə zeytun yağı, qatıq və ya sevdiyiniz ədviyyatlar əlavə edə bilərsiniz. Bu sadə qaydalarla siz də sağlam və dadlı bir gül kələm yeməyi hazırlaya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun