Geyim sənayesində qiymətlər sürətlə artmağa başladığı üçün son vaxtlar ikinci əl alış-veriş saytlarına tələbat artıb.
E-saglam.az xəbər verir ki, mətbəx və hamam ləvazimatları, ana-körpə və şəxsi gigiyena vasitələri başda olmaq üzrə paltarlar gigiyenik tələblərə cavab vermədən satılır və ya gigiyenik qaydalara riayət edilmir. Bu zaman dəri ilə təmas yolu ilə bakterial, viral, parazitar və göbələk xəstəlikləri keçir. Bu da infeksiya baxımından insan sağlamlığı üçün təhlükəlidir.
İkinci əl alış-veriş yerlərində bədən biti, qaşınma, Hepatit B, Candida göbələk infeksiyaları, Trichomoniasis və Herpes simplex kimi infeksiyalar yoluxuculq təşkil edir.
Yeni doğulmuş uşaqlar üçün paltarlar ən çox seçilən ikinci əl alış-veriş məhsulları arasındadır. Çünki sürətlə kiçildiyi və butulka, əmzik və əmizdirmə məhsullarının istifadəsi qısa müddətli ola biləcəyinə görə insanlar bunu ikinci əldən daha ucuz almağa üstünlük verirlər.
Geyinmə kabinləri daha təhlükəlidir
Gündə onlarla insanın paltar sınadığı kabinlərdə infeksiya riski daha yüksəkdir. Ona görə də paltarı birdən çox adamın sınaması insan sağlamlığı üçün təhlükə yaratdığından, kabinləri və paltarları müəyyən aralıqlarla dezinfeksiya etmək infeksiya riskini azaltmağa kömək edəcəkdir.
Yüksək temperaturda yuma qorunma üçün əhəmiyyətlidir
Alış-veriş məhsullarının çirklənmə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün alına biləcək tədbirlər var. Həm yerində, həm də onlayn saytlardan alınan digər məhsullar, xüsusilə də paltarlar, yuyulduqdan sonra istifadə edilə bilər. Paltaryuyan və ya qabyuyan maşında məhsulun növündən asılı olaraq ən azı 60 dərəcə temperaturda yuyulduqdan sonra istifadə etmək tövsiyə olunur. Xarab olan məhsulları sabun, su və ağ sirkə ilə yuduqdan sonra istifadə edilməlidir.
Könül Oruc