Tibbi xəbərlər
İcbari tibbi xidmət zərfinə bu bahalı əməliyyat da – ƏLAVƏ EDİLƏCƏK
Tibbi xəbərlər
214

İcbari tibbi xidmət zərfinə bu bahalı əməliyyat da – ƏLAVƏ EDİLƏCƏK

İcbari tibbi xidmət zərfinə bu bahalı əməliyyat da əlavə ediləcək.

“İcbari tibbi xidmətlər zərfinə daxil ediləcək əlavə 300 xidmətin içərisində qapalı ürək əməliyyatları da olacaq”.

E-saglam.az bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, ötən il ürək əməliyyatlarının bəziləri Tibbi Xidmətlər Zərfinə daxil deyildi. Müzakirəyə təqdim edilən yeni layihədə zərfə bu əməliyyatlar da əlavə edilib. Bu sırada qapalı ürək əməliyyatları, ürək qapağı əməliyyatları var: “Tibbi xidmətlərin hər birində həm cihaz təminatı, həm də xidmətin özü sığorta təminatındadır”. Qeyd edək ki, ürək qapağı əməliyyatı bahalı əmliyyatlardan hesab olunur və onun qiyməti 15 min manat civarındadır. Tibbi sığorta ilə ediləcək ürək əməliyyatı zaman qapaq da pasiyentə təqdim ediləcək.  

Qeyd edək ki, indiyədək icbari tibbi sığorta xidməti zərfinə 2500 xidmət daxildir. Yaxın zamanlarda daha 300 xidmətin əlavə edilməsi gözlənilir.

İcbari tibbi sığortanın təminat verdiyi stasionar tibbi xidmətlərə əhali arasında ölüm və əlillik riski yüksək olan xəstəliklərin xəstəxanadaxili müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar daxildir. Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarında aparılan əməliyyatlar, ana­dangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat Xidmətlər Zərfi ilə qarşılanır. 

Mənbə: Tibb.fed.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun