Zövqlə istehlak edilən badamın daha bir faydası ortaya çıxıb. Maqnezium qaynağı olaraq bilinən badamın dəri üçün də faydalı olduğu açıqlanıb.
E-saglam.az xəbər verir ki, hər gün 3 ovuc badam istehlakı qırışların aradan qaldırılmasında təsirli olur.
Tərkibindəki E vitamini, omeqa-3 yağ turşusu, fol turşusu və maqnezium sayəsində badamın sağlamlıq üçün çox faydalı olduğu məlum idi.
Yeni araşdırmalara görə, badam qırışlara qarşı bir funksiyaya malikdir.
Amerikalı dəri xərçəngi cərrahı Dr. Neera deyib: “Hər gün badam yemək üzdə qırışların əmələ gəlməsini gecikdirir. Pasiyentlərimə deyirəm ki, gündə üç ovuc badam yemək qırışları aradan qaldırmaq və qarşısını almaq üçün ən təbii üsuldur".
"Badam dəriyə uyğun məhsuldur. Ən yaxşı nəticə əldə etmək üçün badam yemək, həmçinin günəşdən qoruyucu kremlər, C vitamini serumu və retinoidlərdən istifadə etmək çox faydalıdır”, - deyə o bildirib.
Tərcümə etdi: Könül Oruc