Sarımsaq udmaq şəxslərə yüksək enerji verərək, gün boyu güc qazandırır.
E-saglam.az xəbər verir ki, sarımsaq cinsi gücü artırdığı üçün xüsusilə, gücsüzlük problemi yaşayan insanların problemlərinə dərmandır.
- Halsızlıq kimi çətinliklərin aradan qaldırılmasında son dərəcə faydalıdır.
- Saç tökülməsi sıxıntısını aradan qaldıracaq və saçların parlaq olmasını təmin edəcək.
- Zəhərlənmə kimi vəziyyətlərdə sarımsaq udmaq fayda verəcək.
- Sarımsaq udmaq insanlarda ağciyər bronxlarının açılmasına yardımçı olur. Açılan bronxlar sayəsində daha rahat nəfəs alınıb veriləcək.
- Soyuqdəymə, qrip və difteriya kimi xəstəliklərin sağalmasında əla vasitədir.
- Qəbizlik problemi olan insanlar üçün hər gün gecə yatmazdan əvvəl bir diş sarımsaq udulması təklif edilir. Bu sayədə bağırsaqlarda olan parazitlərin də yox olması təmin olunacaq.
- Hər gün nizamlı olaraq sarımsaq udmaq xərçəng riskini azaldır.
- Təbii bir dərman olaraq görülən sarımsaq bədənin ehtiyacı olan mineral və vitamini ödəyəcək xarakter daşıyır.
- Orqanizmdə olan yaraların sürətli bir şəkildə yaxşılaşmasını təmin edir və dəridə olan problemləri aradan qaldırır. Xüsusən gənclərdə çox görülən sızanaq kimi dəri problemlərini yaxşılaşdırır.
Qeyd edək ki, sarımsaq faydaları ilə yanaşı həddindən artıq istifadə edildiyi halda mədə problemlərinə səbəb ola bilər. Çox sarımsaq udulması halında mədədə və ya mədəyə gedən yolda qıcıqlanma, yanma kimi hisslər meydana gələ bilər. Bu üsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var. Əmizdirən analara və hamilə qadınlara sarımsaq udmaq məsləhət görülmür.