Bir çox insan kompüter qarşısında çalışır, əksəriyyəti isə saatlarla telefonla oynayır. Günün sonunda isə gözdə ağrılar və yorğunluq hiss etməmək mümkün deyil. Bu proses getdikcə daha da uzanır, xoşagəlməz narahatlıqlar yaradır.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, gözdə narahatlıq yaradan səbəblər arasında çox avtomobil idarə etmək, kitab oxumaq da dayanır.
Bəs göz yorğunluğunu necə aradan qaldırmaq olar?
Çalışın göz idmanı edin. Bir qələmi aralıda tutun və ona diqqətlə baxmağa çalışın. Sonra onu yavaş-yavaş gözünüzə yaxınlaşdırın. yenidən uzaqlaşdırıb, hərəkəti bitirin. Bunu gündə 5-10 dəfə təkrar edin.
Bir dəsmalı soyuq su ilə isladıb, göz qapağınıza massaj edin. Gözünüz yorulanda hər an bunu təkrarlaya bilərsiniz. Əgər bunu etməyə imkanınız yoxdursa, üzünüzü soyuq su ilə yuyun.
İki paket çobanyastığı çayını 5 dəqiqə qaynar suda dəmləyin. Sonra onu soyuducuda saxlayın. Sonra gözünüzə qoyub, 5 dəqiqə saxlayın.
Göz yorğunluğunu aradan qaldıracaq amillərdən biri də gül suyudur. Əvvəl gözünüzü soyuq su ilə yuyun. Sonra pambığa bir neçə damcı gül suyu damcıladın. Bunları gözqapaqlarınıza qoyun. /axşam az/