Tibbi xəbərlər
Gecələr yedikdə böyrəkləri zədədən qoruyan 5 super qida,
Tibbi xəbərlər
4855

Gecələr yedikdə böyrəkləri zədədən qoruyan 5 super qida, qan təzyiqini də tarazlaşdırır

Böyrəklərin sağlamlığını qorumaq üçün qış aylarında bəzi super qidalar tövsiyə olunur.

E-saglam.az xəbər verir ki, gecələr bu qidaları istehlak etmək böyrəkləri dəstəkləyir, qan təzyiqini tənzimləyir və iltihabı azaldır.

1. Çuğundur

Qan təzyiqini aşağı salan və qan axınını yaxşılaşdıran antioksidant və nitratlarla zəngindir. Salat və ya şorbalara əlavə edərək istehlak edə bilərsiniz.

2. Zoğal

Sidik yollarını qoruyur və oksidləşdirici stresi azaldır. Təzə zoğal və ya zoğal suyundan istifadə edə bilərsiniz.

3. Şirin Kartof

A və C vitaminləri, lif və kaliumla zəngindir. Qan şəkərini və qan təzyiqini tarazlaşdırır. Bişirərək yeməklərinizə əlavə edin.

4. Sarımsaq

İltihabı azaldır, qan təzyiqini və xolesterini tənzimləyir. Yeməklərə ləzzət qatmaq üçün istifadə edə bilərsiniz.

5. İspanaq

Dəmir və maqneziumla zəngin olan ispanaq, ölçülü şəkildə istehlak edildikdə böyrəklərə faydalıdır. Böyrək daşlarına meylli olanlar ehtiyatla istifadə etməlidirlər.

Digər tövsiyələr:

- Bol su için.

- Duz qəbulunu məhdudlaşdırın.

- Bədəninizi isti və aktiv saxlayın.

Bu qidaları pəhrizinizə daxil edərək, böyrək sağlamlığınızı qışda qorumağa kömək edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun