Faydalı
Əzələni inkişaf etdirən qidalar hansılardır?  -
Faydalı
1263

Əzələni inkişaf etdirən qidalar hansılardır? - SİYAHI

Güclü əzələlər üçün idman, şübhəsiz ki, mütləqdir. İdmanla yanaşı, düzgün qidalanma da əzələlərin qurulmasını asanlaşdırır. Bəs hansı qidalar əzələ kütləsini artırır?

E-saglam.az xəbər verir ki, mütəxəssislər əzələni inkişaf etdirən ən yaxşı 16 qidanı sadalayıblar. Sağlam bədən üçün pəhrizinizə əlavə etməli olduğunuz əzələ inkişaf etdirən qidaların siyahısını təqdim edirik.

Yumurta 

Hər yumurtanın tərkibində 6-8 qram protein var. Tərkibində vitaminlər, sink, dəmir və kalsium da var.

Balıq yağı

Balıq yağı vücudunuz üçün vacib bir köməkçidir. Metabolizmanızı sürətləndirir.

Toyuq

Hər bir toyuqda 30-100 qram protein var. Qızardaraq və ya sobada bişirərək istehlak edə bilərsiniz.

Yulaf

Yulaf sağlamdır, lif, zülal, mineral və vitaminlərlə zəngindir. Yulafdan mütləq istifadə edin.

Ananas

Ananasın tərkibində zülalları həzm edən bromelein adlı ferment var. İdmandan sonra, səhər yeməyində və ya yeməklər arasında istehlak edə bilərsiniz. O, həmçinin əzələ iltihabını azaldır.

Banan

Banan çox qidalı və sağlam bir meyvədir. Tərkibindəki şəkər bir az yüksəkdir, lakin əzələlərin qurulmasında çox köməkçidir.

Brokoli

Brokolini salatınıza ispanaq, pomidor, qarğıdalı və bibərlə birlikdə əlavə edin. Bu tərəvəz minerallar və lif mənbəyidir.

İspanaq

Tədqiqatçılar ispanaqda olan fitoedisteroidlərin əzələ böyüməsini 20 faiz artıra biləcəyini sübut etdilər.

Kəsmik

Kəsmik zülalla çox zəngindir. Uzun müddət toxluq hissi verir.

Mərci və noxud

Zülal üçün ət yemək məcburiyyətində deyilsiniz. Vegetarianlar da bu qidalardan protein üçün istifadə edirlər. Balanslı qidalanmada təsirli olan bu paxlalıları istehlak edə bilərsiniz.

Qızılbalıq

Omeqa 3 yağ turşuları əzələlərin inkişafında mühüm rol oynayır. Somon yemək də maddələr mübadiləsini sürətləndirir.

Şirin kartof

A və C vitaminləri, kalium, riboflavin, mis, pantotetik turşu və fol turşusunun əla mənbəyidir.

Qəhvəyi düyü

Bu kompleks çox sağlam bir karbohidratdır. Enerji verir. Məşq zamanı da sizə dəstək olur.

Badam

Badam mühüm protein və yağ mənbəyidir. Tərkibində E vitamini var. Güclü antioksidantdır.

Şokoladlı süd

Şokoladlı süd əzələlərin qurulmasında təsirlidir. İdmandan sonra bir stəkan şokoladlı süd içmək yorğunluğunuzu aradan qaldıracaq.

Qeyd edək ki, idman və balanslaşdırılmış pəhriz bədəninizdə əzələ nisbətini tənzimləmək üçün ən yaxşı yoldur. Məşqdən əvvəl və sonra özünüzə diqqət yetirməli və düzgün qidaları istehlak etməlisiniz.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun