Qidalanma
Əti necə bişirək ki, xərçəngə yol açmasın?
Qidalanma
455

Əti necə bişirək ki, xərçəngə yol açmasın?

"Ət qızartması sevənlər gərək onu hazırlayan zaman diqqətli olsunlar. Düzgün bişirilməyən ət xərçəng xəstəliyinə səbəb ola bilər".

E-saglam.az xəbər verir ki, bu sözləri ABŞ-dən olan diyetoloq Emi Pendlton Key deyib.

"Əti tüstü əmələ gətirmədən, aşağı temperaturda, qısa müddətdə qızartmaq lazımdır. Bu, xərçəngə səbəb olan maddələrin yığılmasını azaltmağa kömək edir", - deyə diyetoloq bildirib.

Həkim qeyd edib ki, manqalda möhkəm qızardılmış ətdə heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər yaranır ki, onlar yoğun bağırsaq, mədə, prostat və süd vəzi xərçənginə səbəb ola bilər.

Pendletonun fikrincə, bir dəfə qızardılmış qırmızı ət yemək sağlamlıq üçün təhlükə yaratmır:

"Bununla belə, qovurma üsulları ilə hazırlanmış əti sevənlər xərçəngin inkişaf riskini azaltmaq üçün bir neçə qaydaya riayət etməlidirlər. Ət uzun müddət manqalda qalmamalıdır - bu, onun tərkibində daha çox kanserogenlərin əmələ gəlməsi ehtimalını artırır. Bişirmə vaxtını azaltmaq, əti kiçik hissələrə bölmək tövsiyə olunur".

Marinad sevənlər üçün həkim otlar və ədviyyatlardan istifadə etməyi, həmçinin yağlı sousları əlavə etməməyi məsləhət görür:

"Mümkünsə, yağsız ətləri seçin və ya yeməkdən əvvəl görünən artıq piyləri kəsin. Yağlı ətlər daha çox tüstülənir və xərçəngə səbəb olan maddələr toplayır".

Mənbə: Gazeta.ru/Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun