Qidalanma
Ərik yemək üçün ən azı
Qidalanma
511

Ərik yemək üçün ən azı 3 SƏBƏB

Əriyin faydalarını saymaqla bitməz. Bir ərikdə cəmi 17 kalori var.

E-saglam.az xarici mətbuata istinadən bu dadlı meyvənin faydaları ilə bağlı məlumatı təqdim edir.

Ərik istehlakının  faydaları:

1. Görmə qabiliyyətini yaxşılaşdırır

Yəqin ki, A vitamininin görmə qabiliyyətinin yaxşılaşması ilə əlaqəli olduğunu bilirsiniz, lakin daha yaxşı görməyə kömək edən digər vacib vitaminlər və minerallar da var. C və E vitaminləri bu kateqoriyaya aiddir və bu vitaminlər ərikdə boldur. Bu meyvələr sinkə olan gündəlik tələbatın 2%-ni təmin edir. "Harvard Health Letter"ə görə, ərik görmə qabiliyyətini yaxşılaşdıran ən yaxşı qidalar sırasındadır.

2. İltihabı azaldır

Ərik də daxil olmaqla, iltihab əleyhinə xüsusiyyətləri olan qidaları pəhrizinizə daxil etmək sağlamlığınızı qoruya bilər. İltihab artrit və ürək xəstəliyi kimi bir çox xroniki xəstəliklərlə əlaqələndirilir. Ərik iltihabın qarşısını alan katexin adlı qida maddələri ilə zəngindir. Yaşıl çayda olan eyni birləşmələr - katexinlər əzələ sağlamlığını dəstəkləyir və gərgin fəaliyyətdən sonra əzələlərin daha sürətli bərpasına kömək edir.

3. Həzmi yaxşılaşdırır

Ərik zəngin həll olunan və həll olunmayan lif mənbəyidir, qəbizliyin qarşısını alır və insanın qidanı həzm etməsi üçün lazım olan bakteriyaları qidalandıraraq bağırsaq florasını yaxşılaşdırmağa kömək edir. Bir ərikdə bir qram lif, bu meyvənin bir porsiyasında isə üç qram lif var. Üç qram çox görünməsə də, gündəlik dəyərin 12%-ni təşkil edir.(lent.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun