Faydalı
Əncir qurusunun faydaları -
Faydalı
476

Əncir qurusunun faydaları - immuniteti gücləndirir, təzyiqi normallaşdırır...

Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydası var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

E-saglam.az xəbər verir ki, əncir tərkibindəki kalium, kalsium, antioksidantlar və A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edir.

Quru əncirin faydaları və zərərləri nələrdir?

Ümumiyyətlə, üstünlük verilən quru xurma ilə yanaşı, qurudulmuş əncirlə də şirin istəkləri təmin etmək olar. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Ancaq təzə əncir qədər quru əncirin də faydaları var.

Pəhriz lifi ilə zəngin olan qurudulmuş əncirin tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.

Quru əncir qəbizliyin müalicəsində təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə daha orta dərəcədə istehlak edilməlidir.

Tərkibində şəkərin yüksək olduğu və qanda şəkərin qəfil artmasına səbəb olduğu üçün şəkər xəstələrinin, xüsusən də şəkər xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, istehlak edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.

Pəhriz zamanı əncir istehlak edilə bilərmi? Kalorisi yüksəkdir?

Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.

Gündə neçə əncir qurusu yemək olar? 

Meyvə istehlakında müxtəlifliyi təmin etmək vacibdir. Gündə orta hesabla 3 porsiya meyvə istehlakı tövsiyələr arasındadır. Gündə 2 ədəd qurudulmuş və ya təzə əncir qəlyanaltı və ya səhər yeməyi olaraq asanlıqla istehlak edilə bilər.

Əncir qurusu qan təzyiqi üçün xeyirlidir? 

Bütün quru meyvələr kimi əncirin qurusu da az su ehtiva edir. Qurudulmuş meyvələr tərkibindəki yüksək kalium sayəsində təzyiqi tarazlaşdıraraq qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. Xüsusilə böyrək çatışmazlığı olan xəstələr əncir istehlak edərkən porsiyaya diqqət yetirməlidirlər.

Əncir qurusu bağırsaqlar üçün xeyirlidir? 

Əncirin tərkibində yüksək miqdarda lif var. Bu şəkildə suyu bağırsağa çəkir, tullantıların bağırsaqdan sürətlə keçməsini təmin edir. Bundan əlavə, tərkibindəki probiyotiklər həzm sağlamlığını yaxşılaşdırır. Bu çərçivədə əncir qəbizliyin qarşısını almaqda təsirlidir.

Əncir qurusunu necə saxlamaq lazımdır?

Qurudulmuş əncir sərin və quru yerdə saxlanmalıdır. Soyuducuda saxlanılırsa, 1 il ərzində istehlak edilməsi məsləhət görülür.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun