Faydalı
Elektromobillər ekoloji cəhətdən nə qədər təmizdir?
Faydalı
162

Elektromobillər ekoloji cəhətdən nə qədər təmizdir?

Beynəlxalq Təmiz Nəqliyyat Şurası, qlobal yeni minik avtomobilləri satışının 70% payına düşən dörd bölgəni dərindən araşdırdı. Bu araşdırmada, daxili yanma mühərrikli avtomobillər və elektrik mühərriki olan avtomobillərin həyat dövrləri boyunca yaratdığı istixana qazı tullantılarını araşdıran mütəxəssislər, elektrikli avtomobillərin istixana qazı tullantıları baxımından çox yaxşı bir yerdə olduğunu təyin etdilər.

E-saglam.az xəbər verir ki, ABŞ, Hindistan, Çin və Avropada aparılan araşdırma, nəqliyyat vasitələrinin bütün həyat dövrünü əhatə edir. Bu çərçivədə, avtomobil istehsalı üçün lazım olan xammalın çıxarılmasından bu nəqliyyat vasitələrinin güc ötürücülərinin istehsalına qədər və istehsaldan sonrakı bütün dövrləri əhatə edən mütəxəssislər, dünyanın təcili olaraq elektormobildən istifadə etməli olduğunu ortaya qoydular.

Araşdırmaya görə, bir elektrikli avtomobilin (yolsuzluq avtomobili də daxil olmaqla) ömrü boyu yaratdığı istixana qazı tullantıları Çində benzinli bir avtomobildən 37% ilə 45% arasında daha azdır. Eyni nisbət Hindistanda 19% ilə 34% arasında dəyişir. Avropada və ABŞ-da vəziyyət daha qabarıq görünür. ABŞ-da, bir elektrikli avtomobilin istixana qazı emissiyası miqdarı benzinli bir nəqliyyat vasitəsindən yüzdə 60 ilə 68 nisbətində azdır, bu nisbət Avropada yüzdə 66 ilə 69 arasında olduğu müəyyən edilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun