Sağlamlıq
Düzgün qocalırsınız? -
Sağlamlıq
3

Düzgün qocalırsınız? - Mütəxəssislər 5 həyati əlaməti izah edirlər

Sağlam yaşlanma təkcə nə qədər yaşadığınızla deyil, həm də bu vaxtı necə keçirdiyinizlə bağlıdır. Mütəxəssislər düzgün qocalmanın göstəricilərini müəyyən etmək üçün vacib olan 5 əsas əlamət haqqında danışırlar.

E-saglam.az xəbər verir ki, uzunömürlülük üzrə mütəxəssislər sağlam qocalmanın bir neçə əsas əlamətlərini vurğulayırlar. Dr. Michaela Robbins, DNP, hormon və uzunömürlülük mütəxəssisi, sağlam qocalmanı “güc və niyyətlə özünüzü böyütmək” kimi təsvir edir.

Fiziki güc və hərəkətlilik

Dr. Cristina Del Toro Badessa sağlam qocalmanın klassik əlamətinin gündəlik həyatda asanlıqla hərəkət edə bilmək olduğunu bildirir. Yaxşı güc, tarazlıq və dözümlülüklə sevdiyiniz fəaliyyətlərlə məşğul olmağa davam edə bilərsiniz. Daimi idman və aktiv həyat tərzi uzun və sağlam həyat üçün vacibdir.

Maraq

Yaşlandıqca koqnitiv funksiyaların azalması təbii olsa da, əqli cəhətdən yaxşı qocalmış insanlar hələ də yeni bacarıqlar öyrənməyə və zehinlərini məşğul olmağa davam edirlər. Doktor Badessa vurğulayır ki, zehni kəskinlik insanlara işlərini idarə etməyə və müstəqil qalmağa kömək edir. Bu zehni fəaliyyət həyat tərzini yaxşılaşdırır və məmnunluq hissi yaradır.

Müsbət perspektiv

Emosional dözümlülük sağlam qocalmanın digər vacib əlamətidir. Badessa deyir ki, emosional möhkəmlik bədəndə daha az xroniki stress və daha yaxşı psixi sağlamlıqla nəticələnir. Həyata pozitiv baxışla yanaşmaq tənhalıq və depressiya hisslərini azaldır və əhvalınızı yaxşılaşdırır.

Güclü sosial əlaqələr

Sağlam qocalmanın digər mühüm elementi güclü sosial əlaqələrdir. Doktor Badessa qeyd edir ki, ictimai fəaliyyətlərdə iştirak etmək, könüllülük etmək və ya yaxınlarınızla vaxt keçirmək emosional sağlamlığı yaxşılaşdırır. Sosial iştirak aidiyyət hissini gücləndirir və uzunömürlülüklə əlaqəli dəstək şəbəkəsi yaradır.

Məqsəd sahibi olmaq

Nəhayət, məqsədin olması sağlam qocalmanın əsas göstəricisidir. "Bu əlamətlər birlikdə hər yaşda enerji, aydınlıq, əlaqə və güvənlə dolu bir həyat tərzi yaradır", - deyir Robbins. Nəvələrinizlə vaxt keçirmək və ya bağçılıq kimi sevdiyiniz bir hobbiniz varsa, sizi aktiv, zehni olaraq stimullaşdırır və emosional olaraq doyurur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun