Xəbərlər
Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşüb
Xəbərlər
659

Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşüb

Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb.

E-saglam.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. “Qulliver” filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər.

Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.

İkili ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər.

Tərcümə: AZƏRTAC

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun