Xəstəliklər
““Delta ştammı”nın Azərbaycana gəlməsi qaçılmazdır” - Hande Harmancı
Xəstəliklər
35

““Delta ştammı”nın Azərbaycana gəlməsi qaçılmazdır” - Hande Harmancı

“Artıq COVID-19-un “Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.

E-saglam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu ştamm daha tez yayılır: “Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün “Delta ştammı” var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur”.

O qeyd edib ki, “Delta ştammı”nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.

H.Harmancı bildirib ki, Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır:

“Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. “Delta ştammı”na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma “Delta ştammı” aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun