Tibbi xəbərlər
Çinli elm adamları araşdırdı! Uzun yaşamağın sirri nə qidalanmada, nə də idmandadır...
Tibbi xəbərlər
876

Çinli elm adamları araşdırdı! Uzun yaşamağın sirri nə qidalanmada, nə də idmandadır... Bunu edənlər daha uzun yaşayır

Çin alimləri araşdırma aparıb, uzun ömür sürməyin sirri açılıb. Araşdırmalara görə, uzun yaşamağın sirri nə qidalanma, nə də idmanla bağlıdır. Elmi cəhətdən sübut edilmişdir ki, psixoloji dözümlülük ömrü uzada və sağlamlığı qoruya bilər. Genetik faktorlarla yanaşı, qidalanma və idman kimi həyat tərzi faktorlarının da ömür uzunluğuna təsir etdiyi məlum idi. Ancaq son araşdırmalar bu amillər arasında psixoloji dayanıqlığın da mühüm yer tutduğunu ortaya qoyub.

E-saglam.az xəbər verir ki, 12 il ərzində aparılan bir araşdırma, ABŞ-də 50 və daha yuxarı yaşda olan 10,569 iştirakçının sağlamlıq məlumatlarını ətraflı şəkildə araşdırdı. Çinin Sun Yat-sen Universitetinin və İsveçin Karolinska İnstitutunun alimləri iştirakçıların sağlamlığını 12 il və ya ölənə qədər izləyiblər. Tədqiqat zamanı 3489 iştirakçı ölüb.

Psixoloji dözümlülüyün əhəmiyyətli qoruyucu təsiri

Tədqiqatın nəticələri göstərdi ki, daha yüksək psixoloji dayanıqlılığı olan fərdlərin ölüm riski əhəmiyyətli dərəcədə aşağıdır. Psixoloji dözümlülüyü yüksək olan insanların 10 il ərzində ölmə ehtimalı digər qrupla müqayisədə 53% azdır. Bu nəticə göstərir ki, psixoloji möhkəmlik ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Cins və psixoloji dözümlülük arasındakı əlaqə

Tədqiqatçılar psixoloji dözümlülüyün qadınların ömrünə daha güclü təsir etdiyini qeyd ediblər. Psixoloji möhkəmliyin həyat boyu dəyişən bir xüsusiyyət olduğu və sosial dəstək kimi amillərin bu möhkəmliyə təsir edə biləcəyi vurğulanıb. Bundan əlavə, müsbət emosiyaların təşviq edilməsinin psixoloji dayanıqlığın qoruyucu təsirlərini artıra biləcəyi vurğulanıb.

Tədqiqatın xüsusiyyətləri və nəticələri

Tədqiqatın bəzi məhdudiyyətləri də var. Elm adamları, əldə etdikləri nəticələrin səbəb-nəticə əlaqəsi qurmadığını, genetik və uşaqlıq faktorlarını nəzərə almadığını bildiriblər. Araşdırmada bildirilib ki, xərçəng xəstəliyi, qeyri-sağlam həyat tərzi kimi sağlamlıq problemləri kimi faktorlar nəzərə alındıqda, psixoloji dayanıqlığın gözlənilən ömür uzunluğuna təsiri daha aydın şəkildə başa düşüləcək. Nəticədə həyatın çətinliklərinin öhdəsindən gəlmək yolu və buna perspektivin uzun və sağlam ömür üçün kritik amillər olduğu vurğulanıb.

Psixoloji möhkəmlik təkcə fərdin rifahı üçün deyil, həm də uzun və sağlam həyat üçün vacib element kimi önə çıxır. Bu tapıntılar möhkəmliyin və müsbət emosiyaların təşviq edilməsinin ümumi sağlamlığa necə böyük təsir göstərə biləcəyini göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun