Qidalanma
Bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır! - Həkim vacib nüansı açıqladı
Qidalanma
303

Bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır! - Həkim vacib nüansı açıqladı

Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsi damarların - turbaların getdikcə tutulmasıdı. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq.

E-saglam.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim hesab edir ki, qan piylənməsinin yeganə müalicəsi və profilaktikası dietadır.

“Vaxtında başlasanız, digər dərmanlara ehtiyac qalmaz. Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.

Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12-yə qədər yubadın. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.

Çətin olacaq əvvəlcə. Amma 1 həftəyə öyrəşəcəksiz. Artıq çəkiləriniz də gedəcək.

Şiriniyyat və çörəyi də çıxarsanız, maksimal nəticə alarsız”, - həkim əlavə edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun