Tibbi xəbərlər
Bu səhvlər miqren ataklarını qaçınılmaz edir -
Tibbi xəbərlər
339

Bu səhvlər miqren ataklarını qaçınılmaz edir - Yay aylarında xüsusilə...

Yüksək temperatur, parlaq günəş işığı və orqanizmin susuz qalması yay aylarında miqren tutmalarını artıran əsas amillərdəndir.

E-saglam.az xəbər verir ki, bu dövrdə miqren xəstələrinin xüsusi diqqət göstərməsi həyati önəm daşıyır. Çünki istilik, ani hava dəyişikliyi, nizamsız yuxu və bəzən sadəcə günəş altında qalmaq belə, tutmaları daha tez-tez və şiddətli edə bilər.

Mütəxəssislər bildirirlər ki, birbaşa günəşə məruz qalmamaq, su qəbulunu artırmaq və sərin, kölgəli yerlərdə qalmaq, yay aylarında miqren riskini əhəmiyyətli dərəcədə azalda bilər. Gözləri qoruyan FL-41 filtrli eynəklər isə parlaq işığın tətikləyici təsirinə qarşı effektivdir.

İdman və istiyə qarşı ehtiyatlı olun

Günorta saatlarında açıq havada idmandan qaçmaq və birbaşa kondisionerə məruz qalmamaq da diqqət edilməli məqamlardandır. Qızmar hava ilə soyuq hava axınının birdən dəyişməsi, bədəni stressə salaraq miqrenin başlamasına şərait yarada bilər.

Qidalanmada maqnezium və B2 vitamini ön planda olmalıdır

Yay aylarında xüsusilə hazır yeməklər, işlənmiş ət məhsulları və artıq kofein istehlakı miqreni tetikleyə bilər. Bunun əvəzinə maqnezium və B2 vitamini ilə zəngin təbii qidalara üstünlük verilməlidir. Əlavə olaraq, nizamlı yuxu vərdişi, bədənin ritmini qorumağa və hücumları azaltmağa kömək edir.

Unutmayın: miqrenlə mübarizədə ən vacib addım, onu tətikləyən səbəbləri tanımaq və qarşısını almaqdır. Yay fəslini daha rahat və ağrısız keçirmək üçün bu sadə tədbirlərə əməl etmək kifayət edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun