Qidalanma
Bu qidaları yesəniz, körpəniz təhlükəli xəstəliyə tutula bilər
Qidalanma
1009

Bu qidaları yesəniz, körpəniz təhlükəli xəstəliyə tutula bilər - Hamilələrə XƏBƏRDARLIQ

Hamburger, pizza, kartof və s. fast food məhsulu görünüşü və dadına görə bir çox insanın vazkeçilməzidir. Amma təəssüf ki, əksər mütəxəssislər fast foodun sağlamlığa zərərli olması ilə razılaşırlar. Hamilə qadınlar üzərində aparılan yeni bir araşdırma bu reallığa tamamilə fərqli prizmadan işıq salır.

E-saglam.az xəbər verir ki, Vaşinqton Universiteti Tibb Fakültəsi tərəfindən Environment International-da nəşr olunan araşdırmaya görə, hamiləlik dövründə həddindən artıq işlənmiş qidalar və ya fast food istehlakı döl üçün risk yaradır. Tərkibindəki yağ və səbəb olduğu kalorilər bir yana, təhlükə ümumiyyətlə hamburger və kartof qızartmasının tərkibində olan kimyəvi maddələrdən qaynaqlanır. Ftalatlar kimi tanınan bu kimyəvi maddələr tez-tez fast food qablaşdırmasından və ya yeməyi hazırlayan şəxsin plastik əlcəklərindən qidaya daxil olur. Üstəlik, bu kimyəvi maddələr hamilə ananın qan dövranına daxil olur və autizm, DEHB, vaxtından əvvəl doğuş və aşağı düşmə ilə əlaqələndirilir.

Tədqiqatçılar, kartof qızartması, burger çörəkləri və sərinləşdirici içkilər, həmçinin tort qarışıqları kimi adi fast-food məhsulların təhlükəli olduğunu bildiriblər. Bu səbəbdən mütəxəssislər hamilə qadınlara mümkün qədər tez və işlənmiş qidalardan uzaq durmağı tövsiyə edib. /Yenisabah.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun