İslandiya koronavirus pandemiyasına görə tətbiq etdiyi bütün məhdudiyyətləri ləğv edib.
E-saglam.az xəbər verir ki, bu məlumat İslandiya hökumətinin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, İslandiya keçən ilin martından koronavirusa qarşı məhdudiyyətlər tətbiq edib. Ölkəd əhalisinin indiyə qədər 87%-i koronavirus əleyhinə peyvəndin birinci dozasını, 60%-i isə hər iki dozanı qəbul edib./medicina.az/