Faydalı
Bu meyvələr siqaret istəyini
Faydalı
1827

Bu meyvələr siqaret istəyini azaldır - Siqaret çəkənlərin diqqətinə

İstifadəsi çox gənc yaşlarda başlayan siqareti buraxmaq üçün çox vaxt həll yolları axtarılır. Bəs, ciddi sağlamlıq problemləri yaradan və həyat üçün təhlükə yaradan siqareti tərgitməyin yolları hansılardır? Siqaret çəkmək istəyini azaldan məsləhətlər hansılardır?

E-saglam.az xəbər verir ki, bədəni nikotin və toksinlərdən təmizləyən, bronxları təmizləyən, stressi azaldan və sakitləşdirici təsir göstərən bu qidalar arasında hər mətbəxdə olan sadə təkliflər də var.

Banan: Kalium və B vitamini ilə asılılığı azaltmağa kömək edir.

Pomidor: Tərkibindəki likopenlə antioksidant təsir yaradır.

Portağal, naringi və qreypfrut: Antioksidant təsirə malikdir və tərkibindəki C vitamini ilə bədəninizin siqaretə olan ehtiyacını azaldır.

Bulqur, yulaf və mərcimək kimi tam taxıllar: E vitamini sayəsində ağciyərlərinizi dəstəkləyir və qandakı nikotinin səviyyəsini azaldır.

Biyan: bəlğəmgətirici və sakitləşdirici təsirə malikdir.

Kərəviz, balqabaq, badımcan, lobya, xiyar, brokoli: Siqaretin dadına təsir edir və onu bəyənməməyə səbəb olur.

Süd, süd məhsulları və probiotik qatıqlar: Stressi azaltmaqda təsirli olurlar.

Alma: Müntəzəm olaraq istehlak edildikdə, ağciyər funksiyalarını artırır və bədənin nikotini daha tez təmizləməsini təmin edir.

Acı bibər: Tənəffüs sistemini tüstüdə olan kimyəvi maddələrin zərərinə qarşı həssaslaşdırır.

Ananas: Vücudunuzdan toksinləri çıxarmağa kömək edir.

Çuğundur: Stressi siqaretdən daha çox azaldır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun