Xəbərlər
Bu gündən Almaniyada küçədə marixuana çəkməyə
Xəbərlər
208

Bu gündən Almaniyada küçədə marixuana çəkməyə icazə verilir

Bu gündən kannabis bitkisinin saxlanması və becərilməsi ilə bağlı qanun qüvvəyə minir.

E-saglam.az xəbər verir ki, yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlər küçədə öz istifadələri üçün marixuana gəzdirə bilərlər (25 qramdan çox olmayaraq). Evdə maksimum üç  çətənə kolu yetişdirmək, yaxud öz ehtiyacları üçün 50 qrama qədər marixuana saxlamağa icazə verilir. Bitkinin adı qadağan olunmuş maddələr siyahısından çıxarılıb.

Artıq ictimai yerlərdə marixuana çəkməyə icazə verilir. Ancaq gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə qadağandır.

Yeni qaydalar alman cəmiyyətində birmənalı qarşılanmayıb. Həmçinin müxalifət,  federal torpaqlarda müxtəlif təşkilatlar marixuananın leqallaşdırılmasına qarşı çıxıblar. Onların fikrincə, yeni qaydalar cinayətlə mübarizəyə mənfi təsir edəcək.

Mənbə: TASS / Oxu.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun