Faydalı
Boynunuz ağrısa, bunları edin
Faydalı
215

Boynunuz ağrısa, bunları edin

Boyun çox hərəkətli bölgə olduğu üçün tez də incinir. Gün ərzində oturaq iş rejismi, kompüter qarşısında saatlarca işləmək boyun ağrısına gətirib çıxarır. Axşam evə gəldikdə boyun nahiyəsində ağrı hiss etməmək mümkün deyil.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, boyun ağrısını bir çox üsulla aradan qaldırmaq mümkündür. Ağrıya səbəb yanlış duruş pozası, soyuq vurma, eyni formada boynu çox saxlama ola bilər. Boyun sümüklərinin yüklənməsi, daralması ağrıya gətirib çıxarır.

Ağrını aradan qaldırmaq üçün:

Ağrıyan hissəyə soyuq və ya isti kompres qoyun

Ağrıyan hissəyə efir yağları ilə masaj edin

Ağrıkəsici maz çəkin

Boyunun ağrıyan hissəsini nanə yağı ilə ovuşdurun

Boyun üçün olan idman hərəkətləri edin:

5 saniyə boyunca əlinizi alın hissəsinə qoyun, başınızı qabağa doğru sallama, əlinizlə isə ona mane olmağa çalışın.

5 saniyə boyunca sağ əli başın sağ yanına qoyun və başı sağa tərəf döndərməyə, digər əllə isə başın irəli doğru getməsinə mane olmağa çalışın. Sonra eyni hərəkəti sol tərəfə etməyə çalışın.

5 saniyə başı sağa çevirib dayanın. Daha sonra eyni formada sol tərəfə dayanın./axşam.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun