Tədbirlər
“Bir damla, bir həyat” şüarı altında könüllü
Tədbirlər
215

“Bir damla, bir həyat” şüarı altında könüllü qanvermə aksiyası təşkil olunub

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bu gün 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis edilib. Günün əsas məqsədi talassemiyadan əziyyət çəkən şəxslərlə bağlı görülməsi vacib olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

E-saglam.az xəbər verir ki, bu tədbirlərə ilk növbədə profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxış daxildir.

“Qan Donorları Assosiasiyası” ictimai birliyi hər il ictimaiyyətin diqqətini talassemiya probleminə yönəltmək məqsədilə müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu məqsədlə, 7 may tarixində Respublika Qan Bankının və “Adalia” Beynəlxalq Qadın Platformasının təşkilatçılığı, həmçinin “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi, Azərbaycan Talassemiya Federasiyası, “İntellektual Eko-Etik Alyans” İctimai Birliyi, Könüllü Gənc Qan Donorlarını birləşdirən Club-25, “AZSTUDY” MMC və Strateji.az xəbər portalının dəstəyi ilə “Bir damla, bir həyat” şüarı altında könüllü qanvermə aksiyası təşkil olunub.

Qeyd edək ki, aksiyada toplanan qanlar talassemiya xəstələrinin müalicəsində tam təmənnasız istifadə ediləcəkdir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun