Faydalı
Barmaqlarının ucunda yerimək uşaq üçün təhlükəlidirmi?
Faydalı
808

Barmaqlarının ucunda yerimək uşaq üçün təhlükəlidirmi?

Barmaqlarının ucunda yerimək uşaq üçün təhlükəlidirmi?

E-saglam.az xəbər verir ki, iki yaşadək uşaqlarda pəncə üzərində dabanı yerə qoymayaraq gəzmək tamamilə normal haldır (əgər digər nevroloji əlamətlər görünmürsə), və buna görə də narahat olmağınıza dəyməz.

Bu onunla izah olunur ki, bu yaşadək dövrdə bükücü əzələlərin tonusu (məsələn, baldır əzələsinin) açıcı əzələlərin tonusundan yüksək olur və böyüdükcə bu balans normallaşır və uşaq ayağını tam basaraq yeriyir.

Qeyd edək ki, bu əlamət pataloji də ola bilər, məsələn uşaq serebral paralici, əzələ distoniyası, piramid yolların problemləri zamanı. Ancaq bu zaman pəncə üzərində yeriməkdən başqa digər nevroloji əlamətlər də olacaq və siz bu xəstəliklər barəsində, çox güman ki, hələ uşaq yeriməyə başlayana qədərki müddətdə artıq biləcəksiniz.

Necə kömək etmək olar? 

- Pəncə üzərində gəzən uşaqların gəziş tərzini dəyişdirmək üçün xüsusi ortopedik ayaqqabıya ehtiyac yoxdur. Sadəcə, bir qədər dabanı olan ayaqqabı seçin və əlavə olaraq yastıpəncəliyi də aradan qaldıracaq.

- Yaxşı olar ayağı tam fiksə edən ayaqqabı seçəsiniz.

- Aktiv oyunlarla, hansılar ki, qaçmaq, tullanmaq, gəzmək kimi hərəkətlərlə boldur.

- Gündəlik möhkəmləndirici masajlarla.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun